featured-image-28777

İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.  Msport.az xəbər verir ki, “Tottenhem” doğma divarlar arasında “Mançester Yunayted”i qəbul edib.

“Qırmızı” şeytanlar ilk yarını 2:0 hesabı ilə öz xeyirlərinə başa vursalar da, üstünlüyü qoruyub saxlaya bilməyiblər. Qonaqların heyətində 7-ci dəqiqədə Ceydon Sanço, 44-də isə Markus Reşford fərqlənib.

“Tottenhem” Pedro Porro və Son Xin Minin qolları ilə məğlubiyyətdən qaçıb – 2:2.

“Everton” evdə “Nyukas”la böyük hesabla uduzub – 1:4. Qonaqların heyətində Uilson dubl edib.

“Bornmut” isə “Sauthempton səfərində minimal hesablı qələbə qazanıb.

75 xalı olan “Arsenal” vahid liderdir. “Mançester Siti” 73 xalla ikinci yeri tutur. Lakin “şəhərlilər” iki oyun az keçiriblər. Nyukasl” 62 xalla üçüncüdür. “Mançester Yunayted”in 60,“Tottenhem” və “Aston Villa”nın 54 xalı var.

İngiltərə Premyer Liqası 

33-cü tur 

25 aprel

Vulverhempton – Kristal Pelas 2:0
Qol: Andersen, 3-öz qapısına. R.Neves, 90+4-pen.

Aston Villa – Fulhem 1:0
Qol: Minqs, 21.

Lids – Lester Siti 1:1
Qol: Sinisterra, 20 – Vardi, 80.

26 aprel

Nottingem Forest – Brayton 3:1
Qol: Qross, 45+3-öz qapısına. Danilo, 69. Gibbs-Uayt, 90+1 – Buonanotte, 38.

Çelsi – Brentford 0:2
Qol: Aspilikueta, 37-öz qapısına. Mbeumo, 78.

Vest Hem – Liverpul 1:2
Qol: Paketa, 12 – Qakpo, 18. Matip, 67.

Mançester Siti – Arsenal 4:1
Qol: De Bruyne, 7; 54. Haland, 45+1; 90+5 – Holdinq, 86.

27 aprel

Everton – Nyukasl 1:4
Qol: Maknil, 80 – K.Uilson, 28; 75. Joelinton, 72. Mörfi, 81.

Sauthempton – Bornmut 0:1
Qol: Tavernye, 50.

Tottenhem – Mançester Yunayted 2:2
Qol: Porro, 56. Son, 79 – Sanço, 7. Raşford, 44.

“Tottenhem” – “Mançester Yunayted” 2:2

P.Porro, 56, S.X.Min – C.Sanço, 7, M.Reşford, 44.

 

 

 

Bənzər xəbərlər