featured-image-35860

“Mançester Yunayted” rəhbərliyi hücumçu Meyson Qrinvudla bağlı yekun qərarını verib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı futbolçuyla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyini açıqlayıb.

Meyson “Mançester Yunayted”in yetirməsi idi. O, bu komanda ilə Premyer Liqada 83 oyunda iştirak edib, 22 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Qrinvud sevgilisinə zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox yaşıl meydanlardan kənar qalıb. İngilis futbolçuya qarşı cinayət işinə 2023-cü ilin fevralında xitam verilsə də, o, klubun məşqlərindən kənar saxlanılırdı.

Qeyd edək ki, Qrinvudun bu yay onu zorlamada ittiham edən sevgilisindən uşağı dünyaya gəlib.

Royal Türksoy

Bənzər xəbərlər