featured-image-37074

“Mançester Yunayted” yeni titul sponsoru ilə müqavilə imzalamağa hazırlaşır.

Msport.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Qualcomm Technologies” şirkəti ilə əməkdaşlığa başlayacaq. Bunun nəticəsində, komandanın forması üzərində şirkətin “Snapdragon” çipsetlərinin loqotipi əks olunacaq.

Müqavilə 2024/25 mövsümündən qüvvəyə minəcək. MY bu əməkdaşlıqdan bir ilə 60 milyon funt sterlinq (70 milyon avroya yaxın) qazanacaq.

Bu müqavilə futbol tarixinin ən bahalı sponsorluğu olacaq və “Fly Emirates” şirkətinin “Real”la anlaşmasını üstələyəcək.

Bənzər xəbərlər