featured-image-17252

“Mançester Yunayted” qalmaqallı müsahibəyə görə Kriştiano Ronaldo ilə müqaviləni pozacaq.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, klub portuqaliyalı futbolçu ilə əməkdaşlığı başa vurmaq üçün ilk hüquqi addımları atıb.

Mənbənin sözlərinə görə, rəhbərlik hesab edir ki, Ronaldo klubu və işçiləri mediada tənqid etməklə əmək müqaviləsinin şərtlərini pozub. “M.Y”nun idarəçiləri superulduza müqavilənin sonuna (2023-cü ilin yayı) kimi əməkhaqqı verməmək üçün belə addım atmağı planlaşdırır. Əgər belə olarsa, 37 yaşlı hücumçu 18,4 milyon avronu itirəcək.

Xatırladaq ki, Portuqaliya yığmasının lideri Pris Morqana müsahibəsində “Mançester Yunayted”in rəhbərliyini, klubun infrastrukturunu, baş məşqçi Erik ten Haqı tənqid edib.

Bənzər xəbərlər