Avropa Liqası: "Mançester Yunayted" son anda qələbəni əldən veridi
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları olub. Msport.az xəbər verir ki, bütün matçlar eyni gündə keçirilib.
“Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olub.
Turnirin favoritlərindən “Mançester Yunayted” doğma meydanda “Sevilya”, “Yuventus” isə “Sportinq”lə üz-üzə gəlib. “Bayer” Leverkuzendə Belçika “Yunion”u qəbul edib.
Avropa Liqası
1/4 finalın ilk oyunları
13 aprel
Feyenoord (Niderland) – Roma (İtaliya) 1:0
Qol: Viffer, 53.
Bayer (Almaniya) – Yunion (Belçika) 1:1
Qol: Virts, 83 – Bonifeys, 51.
Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Qatti, 73.
Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) 2:2
Qol: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.







