featured-image-461

“Mançester Yunayted” “Atletiko” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunundan (0:1) sonra Madrid klubunun baş məşqçisi Dieqo Simeoneyə tribunadan müxtəlif əşyalar atmış azarkeşləri axtarır.

Msport.az xəbər verir ki, argentinalı mütəxəssis final fiti səslənən kimi paltardəyişmə otağına tərəf qaçıb. Bu zaman tribunalardan müxtəlif əşyalar, həmçinin plastik butulkalar atılmağa başlayıb.

“M.Y”  rəsmiləri artıq təhlükəsizlik kameralarının görüntülərinə baxır. Meydana yad əşyalar atan fanatlar tapılsa, onların stadionlara 3 ilədək girişinə qadağa qoyulacaq.

Bənzər xəbərlər