“Mançester Yunayted” tarixinin ən pis günləri
“Mançester Yunayted” mövsümün əvvəlində 17 oyundan doqquzunda məğlub olub. Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 1973-1974-cü il mövsümündən sonra ilk dəfə belə bərbad start götürüblər.
“Yunayted” 17 görüşdən yalnız səkkizində qalib gəlib, bir oyunda da heç-heçə etməyib. Erik ten Haqın komandası son olaraq Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”ə 2:3 hesabı ilə uduzub. A qrupunda mübarizə aparan “Mançester Yunayted” 3 xalla sonuncu yeri tutur.
“M.Y” İngiltərə Premyer Liqasında 11 oyundan sonra 8-ci pillədədir. Ten Haqın komandası İngiltərə Liqa kubokunda da “Nyukasl”a uduzaraq mübarizəni dayandırıb.