featured-image-55319

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqı istefaya göndərsə, ona böyük məbləğdə kompensasiya ödəyəcək. Msport.az xəbər verir ki, bu barədə jurnalist Riçard Martin paylaşım edib.

“Qırmızı şeytanlar” niderlandlı mütəxəssislə yollarını ayırsa, ona 21 milyon avro təzminat verəcək. İngiltərə klubu 54 yaşlı məşqçi ilə ötən yay vidalaşsaydı, daha az – 12 milyon avro kompensasiya ödəməli olacaqdı.

Qeyd edək ki, yayda Ten Haqın müqaviləsi 2026-cı ilin iyununadək artırılıb.

6 turdan sonra 7 xal toplayan “M.Y” turnir cədvəlində 13-cü yeri tutur.

Bənzər xəbərlər