featured-image-29220

İngiltərə Premyer Liqasında 28-ci turdan təxirə salınmış oyun keçirilib. Msport.az xəbər verir ki, “Brayton” “Mançester Yunayted”i qəbul edib.

Meydan sahibləri 90+9-cu dəqiqədə vurulan qol hesabına qələbə qazanıblar. Aleksis Mak Allister penaltini dəqiq yerinə yetirib.

“Mançester Yunayted” 33 oyundan sonra 63 xalla 4-cü yeri tutur. Hesabında 55 xalı olan “Brayton” 6-cı pillədədir.  “Brayton” 1 oyun az keçirib.

İngiltərə Premyer Liqası 

28-ci turdan təxirə salınmış oyun 

“Brayton” – “Mançester Yunayted” 1:0

Qol: A. Mak Allister, 90+9-pen.

 

Bənzər xəbərlər