featured-image-48812

“Mançester Yunayted”in sahibi Cim Ratkliff klub üçün 5 transfer qaydası müəyyən edib.

Msport.az xəbər verir ki, bu barədə “The Sun” məlumat deyib. Ratkliffin qaydalarına əsasən, yeni transferlər üçün maksimum yaş həddi 25 yaşdır. O, klubun ulduz futbolçuları transfer etməyini istəmir. Həmçinin komandanın oyun üslubunu texniki direktor Ceyson Uilkox təyin edəcək.

Məşqçidən konkret oyunçu haqqında deyil, hansı mövqeyə futbolçu transferi edilməli olduğu soruşulacaq. Rəhbərlik məşqçiyə hər mövqe üçün üç oyunçu təklif edəcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 60 xal toplayaraq 8-ci yeri tutub. Eyni zamanda, “qırmızı şeytanlar” finalda ölkə çempionu “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gələrək, İngiltərə kubokunun qalibi olublar.

Bənzər xəbərlər