featured-image-40669

Fransanın “Nitsa” klubunun futbolçusu Jan-Kler Todibo karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “Football Insider” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Tottenhem” 23 yaşlı müdafiəçi ilə maraqlanır.

“Qırmızı şeytanlar”ın fransalı oyunçunun keçidində daha öndə olduğu vurğulanıb.

Qeyd edək ki, Todibo cari mövsüm 13 oyuna çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər