“Mançester Yunayted” yeni 10 nömrəsi ilə anlaşdı
“Mançester Yunayted” və Mateus Kunya müqavilə barədə razılığa gəliblər.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhempton”un hücumçusu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Mançesterlilər bu həftə 25 yaşlı braziliyalının klubu ilə danışıqları yekunlaşdırmağa çalışacaq. Keçid reallaşarsa, Kunya yeni komandasında 10 nömrəli formanı geyinəcək. MY transfer qarşılığında 62,5 milyon funt-sterlinq təklif edib. Bu, futbolçunun müqaviləsində yer alan sərbəst qalma bəndidir.
Qeyd edək ki, Mateus Kunya bu mövsüm Premyer Liqada keçirdiyi 33 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə verib.