featured-image-56754

İngiltərənin “Mançester Yunayted” komandası yeni baş məşqçisinin adını açıqlayıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisini portuqaliyalı mütəxəssis Ruben Amorim çalışdıracaq. Onunla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Erik ten Haqı əvəzləyib. Mütəxəssis noyabrın 11-də komandaya qoşulacaq.

R.Amorim son olaraq Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olub.

Bənzər xəbərlər