featured-image-24683

İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın hücumçularının az oynamasının onu narahat etdiyini deyib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki,  o, A seriyasında daha çox əcnəbi forvardların ön planda olmasından narazılıq edib:

“İrəli xətdə problemlərimiz var, bunun səbəbi istedadların olmaması deyil. Səbəb odur ki, onlar oynamırlar.

Zanyolonun Türkiyəyə getməsinə necə baxıram? O, “Qalatasaray” barədə məndən soruşanda dedim ki, bizim üçün ən əsası sənin oynamağındır. Oyun təcrübəsini itirməmək baxımından Türkiyə yeganə variant idi”.

Mən çox futbolçuları izləyirəm. Moyze Kin bizə lazım olan mövqedə oynayır, gəncdir, ümid var ki, inkişaf edəcək. Raspadorinin də öz potensialını zamanla tam ortaya qoyacağına inanıram”.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər