featured-image-27847

“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel ilk dəfə Sadio Mane ilə Leroy Sane arasında baş verənləri şərh edib.

Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis məsələnin bağlandığını deyib:

“Hər şey həll olundu. Bir oyunluq diskvalifikasiya və cərimə. Mən məşqçilər otağında olduğum üçün hadisənin şahidi olmamışdım. Bütün gecəni hadisə iştirakşıları ilə söhbət etmişəm ki, vəziyyəti aydınlaşdırım. Bizə aid olan məsələ idi və axıra çıxmalı idik. Dünən səhər məsələyə son qoyduq.

Biz belə halla üzləşən ilk və son komanda deyilik. Hər şeyi yenidən başlayırıq.

Mane? Hər kəs səhv edir. Mən onu yüksək peşəkar kimi tanıyıram. O, heç vaxt heç nədə günahkar olmayıb və hələ də etimadımı doğruldur. Onun etdikləri “Bayern”in kodeksinə uyğun gəlmirdi. Lakin Mane üzr istədi və o, tam səmimi idi. Ona görə də mənim müdafiəmə ümid edə bilər”.

ANAR

 

 

Bənzər xəbərlər