featured-image-24643

“Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1\8 final mərhələsinin PSJ ilə cavab oyunundan əvvəl Sadio Manenin durumundan danışıb.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, o, seneqallı hücumçunun yavaş-yavaş bərpa olunduğunu deyib:

“Sabah start heyətində meydana çıxmayacaq, lakin biz onun dönüşünə şadıq. Hər şey oyunun gedişində hesabdan asılı olacaq. Sadio sonradan meydana daxil olub matçın taleyini həll edəcək futbolçu ola bilər”.

Qeyd edək ki, “Bayern” – PSJ oynu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq. Münhen klubu ilk görüşdə minimal hesabla qalib gəlib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər