"Manenin başına nə gəldiyini bilmirəm" - Yurgen Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Sadio Manenin “Əl Nəsr”ə keçidi haqda danışıb.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis seneqallı futbolçu ilə bu barədə söhbətlərinin olmadığını bildirib: “Onun başına nə gəldiyini bilmirəm. Sadio “Liverpul”dan ayrılanda ən yaxşı vaxtlarını keçirirdi. Həmin an Mane əla formada idi. Onunla bu barədə danışmadıq. Gəlin görək onun Səudiyyə Ərəbistanındakı karyerası necə inkişaf edir”.
Mane 2022-ci ilin yayında “Liverpul”dan Münhen klubuna keçib.
O, “Bavariya”nın heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Münhenlilərin tərkibində Almaniya çempionu və ölkə Superkubokunun sahibi olub.







