Manenin komanda yoldaşlarından üzr istəməsi gözlənilir
“Bayern Münhen” klubu Saadio Manenin komanda yoldaşı Leroy Saneni vurması ilə bağlı məsələni araşdırır. Msport.az xəbər verir ki, Almaniya təmsilçisi seneqallı futbolçuya hansı cəzanı verməyi götür qoy edir.
Qeyd edək ki, Çempionlar Liqasının 1\4 final mərhələsinin “Mançester Siti” ilə oyunundan (0:3) sonra Mane paltardəyişmə otağında Sanenin üzünə zərbə vurub və onun dodağını partladıb.
Rəhbərlik hücumçuya pul cəriməsi, heyətdən kənarlaşdırma və ya müqavilənin ləğv edilməsi kimi cəzalardan birini verə bilər.
Mane bu gün “Bayern”in məşqinə gəlib, onun komanda yoldaşlarından üzr istəməsi gözlənilir.
ANAR







