featured-image-50040

Səudiyyə Ərəbistanı klubu “Əl-Nasr” hücumçusu Sadio Maneni satmağa hazırdı.

Msport.az xəbər verir ki, Seneqal millisinin üzvü ərəb klubunun digər təmsilçisi “Əl-İttihad”ın maraq dairəsindədi.

“Əl-Nəsr” Maneyə əvəzləyici də tapıb. Rəhbərlik hücum xəttində yaranacaq boşluğu “Aston Villa”nın üzvü Mussa Diabi ilə doldurmağı planlaşdırır. Ərəblər Premyer Liqa komandası ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Sadio Manenin “Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.

Bənzər xəbərlər