featured-image-47990

“Bavariya” Almaniya Bundesliqasının XXXIII turunda evdə “Volfsburq”u 2:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin qapıçısı Manuel Noyer üçün əlamətdar olub.

O, Bundesliqada 500-cü matçına çıxıb. Təcrübəli qolkiper 2006-cı ildə “Şalke”nin heyətində çempionatda debüt edib.

34 yaşlı oyunçu bu göstəriciyə çatan dördüncü çərçivə qoruyucusudur. Noyer Uli Ştayn (512), Ayke İmmelya (534) və Oliver Kandan (557) geri qalır.

Bənzər xəbərlər