Manuel Noyerlə yeni müqavilə
Almaniyanın “Bayern Münhen” klubu qapıçısı Manuel Noyer ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
38 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulacaq.
Tərəflər artıq xırda detallar barədə razılığa gəliblər.
2011-ci ildən Münhen təmsilçisində çıxış edən Noyer zədə səbəbindən yanvaradək yaşıl meydanlardan kənarda qalacaq. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında bitir.