"Marca": "Ronaldu yanvarın 1-də "Əl Nəsr"də oynayacaq"
Kriştianu Ronaldu yanvarın 1-də Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edəcək. Msport.az xəbər verir ki, bu bardə İspaniyanın “Marca” nəşri xəbər yayıb. Portuqaliyalı futbolçu 2,5 illik müqaviləyə imza atıb.
“Mançester Yunayted” 37 yaşlı hücumçu ilə müqaviləni dünya çempionatının başlamasına 2 gün qalmış pozub.
Ronaldunun “Əl Nəsr”lə anlaşmasına əsasən o, dünyanın ən yüksək ödənişli futbolçusu olacaq. O, mövsümə bonuslarla birgə 200 milyon avro qazanacaq.
Qeyd edək ki, Messi PSJ-də ilinə 75, Neymar isə 70 millyon avro alır.
ABŞ-dakı ən yüksək ödənişli idmançılara baxanda da görünür ki, onların Ronalduya çatması mümkün deyil.
Superulduz “Əl Nəsr”də fransalı mütəxəssis Rudi Qarsiyanın rəhbərliyi altında oynayacaq. Qarsiya “Lion”dan ayrıldıqdan sonra bu ildən Səudiyyə Ərəbistanı komandasını çalışdırır.