featured-image-17928

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu yeni kluba transfer ola bilər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasına keçməyə yaxındır.

Mənbənin sözlərinə görə, transferin reallaşması yaxın görünür. Kriş 2,5 illik müqaviləyə imza atacaq. O, ilinə 200 milyon avro əməkhaqqı alacaq. Anlaşmanın realaşması üçün heç bir hüquqi əngəl qalmayıb.

Avropa klubları  “Əl Nəsr”in təklif etdiyi şərtlərə yaxın gələ bilməyib. Maraqlıdır ki, Amerika MLS təmsilçiləri də bu qədər maaş təklif etmək iqtidarında olmayıblar.

Xatırladaq ki, Ronaldunun Pris Morqana qalmaqallı müsahibəsindən sonra “Mançester Yunayted” 37 yaşlı futbolçu ilə müqaviləni pozub.

 

Bənzər xəbərlər