featured-image-30954

Şimon Marçinyak Çempionlar Liqasının “Mançester Siti” ilə “İnter” arasında final oyununu idarə edəcək. Msport.az xəbər verir ki, UEFA polşalı hakimin üzr istədiyi açıqlamanı yayımlayıb.

Marçinyak polşalı ultrasağ siyasətçi Slavomir Mençenin təşkil etdiyi tədbirə qatıldığı üçün üzrxahlıq edib. O, qeyd edib ki, tədbirin hansı mahiyyət daşıdığını bilməyib. Əgər xəbəri olsaydı, ora getməzdi.

Mençenin rəhbərlik etdiyi “Yeni Ümid” partiyası antisemitizim çıxışları ilə tanınır.

Xatırladaq ki, final matçı iyunun 10-da keçiriləcək.

ANAR

Bənzər xəbərlər