Marek Hamşik karyerasını bitirir
“Trabzonspor”un yarımmüdafiəçisi Marek Hamşik mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb. Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra diqqətini ailəsinə yönəltmək istədiyini bildirib:
“Oynadığım bütün klublara mənə bu şansı verdikləri üçün təşəkkür edirəm. Ailəmə və yaxınlarıma hər zaman yanımda olduqları üçün minnətdaram. Mənim üçün əla bir dövr idi, artıq bunun sonlarına gəlirəm”.
Xatırladaq ki, slovakiyalı futbolçu “Slovan Bratislava”, “Breşiya”, “Napoli”, “Dalian”, “Göteburq” və “Trabzonspor” klublarının formasını geyinib. O, Slovakiya millisində 136 oyunda 26 qol vurub.
ANAR ABDULLAYEV







