Mario Balotelli klubunu dəyişə bilər
İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hücumçunun 2 ay əvvəl qoşulduğu “Cenoa”dan ayrılması gözlənilir.
34 yaşlı forvard oktyabrın sonunda azad agent kimi Genuya təmsilçisinə keçib. Lakin Meksika təmsilçisi “Krus Asul”la danışıqlar aparan Marionun artıq qışda Şimali Amerikaya köçməsi mümkündür.
Qeyd edək ki, Balotelli cari mövsümdə A seriyasının 6 oyununda meydana çıxıb.