Mariya Stadnik karyerasını davam etdirəcək?
Azərbaycanın titullu qadın güləşçisi Mariya Stadnik karyerasını davam etdirə biləcəyinə işarə verib.
Msport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə şəxsi instaqram hesabında yazıb.
“2024-cü ildə Parisdəki Yay Olimpiya Oyunlarından sonra bir çox insanlar məndən soruşdular. İdman karyeranın sonudur, yoxsa davam edəcəksən? Mənim üçün nəyin daha yaxşı olacağını düşünmək üçün fasilə vermişdim. Qərarımı tezliklə sizə açıqlayacağam”.
Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.