“Qarabağ” yeddiqat çempionla yollarını ayırdı - RƏSMİ
“Qarabağ” futbolçusu Abbas Hüseynovla yollarını ayırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, ağdamlılarla birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.







