featured-image-84188

İspaniya Superkuboku gələcəkdə Azərbaycanda keçirilə bilər.

Msport.az xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde deyib.

O, yerli mətbuata açıqlamasında bildirib ki, 2027-ci ildə Asiya Kuboku ilə üst-üstə düşən təqvim səbəbindən Səudiyyə Ərəbistanına alternativ ev sahibi axtarılıb. Lalinde bu proses çərçivəsində bir neçə ölkədən təklif aldıqlarını etiraf edib.

Həmin ölkələr arasında Azərbaycan da olub. Baş direktor yarışın 2027-ci ildə Türkiyədə keçiriləcəyini bildirsə də, növbəti illərdə yenidən digər variantlara baxılacağını sözlərinə əlavə edib: “Təkliflərə göstərilən marağın və qəbul səviyyəsinin bu qədər yüksək olması bizi çox təəccübləndirdi. ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətər kimi ölkələrdən təkliflər aldıq. Son illərdə İspaniya Superkuboku sayəsində gəlirlər əhəmiyyətli dərəcədə artıb. Lakin gəlirləri daha da artırmaq üçün hələ imkanlar var”.

Qeyd edək ki, İspaniya Superkuboku 2027-ci ildə İstanbulda təşkil olunacaq. Turnirin yarımfinalları 2 və 3 fevral, final qarşılaşması isə 6 fevralda baş tutacaq.

Bənzər xəbərlər