featured-image-25530

“Real” və PSJ “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı necə transfer etmək barədə düşünürlər. Msport.az “Marka”ya istinadən xəbər verir ki, Paris klubu norveçli futbolçuya görə 200 milyon avro ödəməyə hazırdır.

“Real” isə hələ də Kilian Mbappeni ələ keçirmək planı üzərində işləyir. Amma paralel olaraq alternativ kimi Haaland variantını da nəzərdən keçirirlər.

“Mançester Siti”nin hücumçusunun klubu tərk etmək bəndi 2025-ci ildə qüvvəyə minəcək. PSJ ona 200 milyon avro qiymət qoyub.

22 yaşlı forvard bu mövsüm “Siti”nin heyətində bütün turnirlərdə 36 oyunda 39 qol vurub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər