Markes DÇ-2026-dan sonra millinin baş məşqçisi olacaq
Rafael Markes bu il keçiriləcək dünya çempionatından sonra Meksika millisinin baş məşqçisi təyin olunacaq.
Msport.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası məlumat yayıb.
Hazırda 47 yaşlı mütəxəssis yığmada baş məşqçi Xavyer Aqirrenin köməkçisi vəzifəsini yerinə yetirir.
“Barselona”nın sabiq müdafiəçisi peşəkar karyerasını bitirdikdən sonra Kataloniya klubunun əvəzedici komandasına rəhbərlik edib.
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meksika millisi CAR, Koreya və Çexiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.







