Marko Arnautoviçin yeni klubu bilindi
“İnter”dən ayrılan Marko Arnautoviçin yeni ünvanı məlum olub.
Msport.az xəbər verir ki, avstriyalı hücumçu “Srvena Zvezda”ya keçib.
Bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Arnautoviç ötən mövsümdə 28 oyunda 7 qol vurub.