Marko Asensio İngiltərə klubunda
PSJ-nin yarımmüdafiəçisi Marko Asensio İngiltərəyə köçüb.
Msport.az xəbər verir ki, 29 yaşlı hücumameyilli futbolçu “Aston Villa”ya keçib.
İspaniya millisinin üzvü Premyer Liqa klubuna mövsümün sonuna qədər icarəyə verilib. Klublar arasında bununla bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Marko Asensio 2014-2023-cü illərdə “Real”da çıxış etdikdən sonra 2023-cü ildə PSJ-yə keçib.