Marko Roys MLS klubunda
Almaniyalı futbolçu Marko Roysun yeni klubu dəqiqləşib.
Msport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano paylaşıb.
O, karyerasını “Los Anceles Qalaksi”də davam etdirəcək.
MLS klubu 35 yaşlı almanla 2025-ci ilin dekabrına qədər müqavilə bağlayacaq. Yaxın günlərdə futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün ABŞ-a gedəcək.
Qeyd edək ki, Roys bu yay Dortmund “Borussiya”sından azad agent kimi ayrılıb. Roys 2012-ci ildən bu klubda çıxış edir. Təcrübəli futbolçu ötən mövsüm bütün yarışlarda 42 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.
Ümumilikdə Roys “Borussiya”nın heyətində 428 oyun keçirib, 170 qol vurub və 131 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 5 milyon avrodur.