featured-image-47899

“Borussiya”nın futbolçusu Marko Roys karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Türkiyə Superliqa təmsilçilərinin bir neçəsi 34 yaşlı yarımmüdafiəçini heyətlərində görmək istəyir.

2024-cü ilin yayında azad agent kimi komandadan ayrılacaq futbolçunun hansı klubu seçəcəyi maraq doğurur.

Qeyd edək ki, M.Roys cari mövsüm dortmundluların heyətində 39 matçda meydana çıxıb və 8 qol vurub.

Bənzər xəbərlər