Marko Roysla danışıqlar başladı
ABŞ-ın “Los-Anceles Qelaksi” klubu Almaniyanın “Borussiya” klubundan ayrılan Marko Roysu azad agent kimi almaq istəyir.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.
MLS təmsilçisi artıq 35 yaşlı yarımmüdafiəçiyə təklif də göndərib. Roys Səudiyyə Ərəbistanından da təkliflər alıb. Lakin danışıqlar ən fəal şəkildə ABŞ klubu ilə aparılır.
Qeyd edək ki, Marko Roys 2012-ci ildən Dortmund klubunun formasını geyinib. O, ötən mövsüm 39 oyunda 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.