Markus Reşford mövsümün futbolçusu seçildi
“Mançester Yunayted”də 2022/23 mövsününün ən yaxşı futbolçusu müəyyənləşib.
Msport.az xəbər verir ki, bu ada “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford layiq görülüb. 25 yaşlı futbolçu azarkeşlər tərəfindən keçirilən sorğuda hamını qabaqlayıb.
Reşford 1998-ci ildən bu yana bu mükafatı qazanan ilk MY akademiyasının yetirməsidir. Son olaraq bunu Ryan Qiqqs bacarmışdı.
Qeyd edək ki, Reşford cari mövsümdə 55 matçda 30 qol vurub və 6 məhsuldar ötürmə edib.
Royal Türksoy







