featured-image-58915

Səudiyyə Ərəbistanında beş klub mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağı dəqiqləşən Markus Reşfordla maraqlanır.

Msport.az xəbər verir ki, bunlar “Əl-İttihad”, “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-Əhli” və “Əl-Kadisiya”dır.

Onlar 27 yaşlı forvardı heyətində görmək istəyir.

Amma Reşford karyerasını Avropa davam etdirməyi planlayır. Madrid “Atletiko”sunun qışda Markusu icarəyə götürmək xəbərləri də yayılıb.

Qeyd edək ki, Reşfordun “Mançester Yunayted”lə 2028-ci ilin yayına kimi müqaviləsi var. O, 2024/2025 mövsümündə 24 oyunda 7 qol vurub, 3 ötürmə verib.

Bənzər xəbərlər