“Marsel” “Atletiko”nun müdafiəçisini transfer edir
“Atletiko Madrid”in futbolçusu Renan Lodi karyerasını Fransa Liqa 1-də davam etdirəcək.
Msport.az xəbər verir ki, “25 yaşlı “Marsel”lə anlaşıb. Fransa təmsilçisi Lodi üçün qarşı tərəfə 13 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lodi ötən mövsüm 32 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə edib.
Royal Türksoy







