featured-image-39481

Fransa Peşəkar Futbol Liqası 10-cu turda yarımçıq qalmış “Marsel” – “Lion” oyununun tarixini müəyyənləşdirib. Msport.az xəbər verir ki, görüş dekabrın 6-da “Velodrom” stadionunda keçiriləcək.

Xatırladaq ki, sözügedən matç oktyabrın sonlarında olmalı idi. Lakin “Marsel” azarkeşləri “Lion” komandasının avtobusunu daşa tutduğundan oyun təxirə salınmışdı. Hadisə zamanı “Lion”un baş məşqçisi Fabio Qrosso başından yara almışdı. Onun köməkçisi Raffaele Lonqo da xəsarət alanlar arasında idi.

 

Bənzər xəbərlər