featured-image-56801

Braziliya A Seriyasının XXXII turunda keçirilmiş “Fluminense” – “Qremio” oyununda xoşagəlməz hadisə yaşanıb.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, meydan sahibi komandanın tanınmış futbolçusu Marselo oyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında söz münaqişəsi yaranıb. Mütəxəssis daha sonra fikrini dəyişərək əsəbi halda 37 yaşlı müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Marselo karyerasının ən parlaq dönəmini İspaniyanın “Real Madrid” komandasında keçirib.

Bənzər xəbərlər