featured-image-59332

Braziliya millisinin və İspaniyanın “Real” klubunun sabiq futbolçusu Marselo karyerasını Meksikada davam etdirməyə yaxındır.

Msport.az “RTI Esporte” nəşrinə istinadən xəbər verir ki, “Amerika” klubu 36 yaşlı müdafiəçi ilə maraqlanır.

Meksika təmsilçisi “Fluminense”dən ayrıldıqdan sonra hazırda klubsuz olan oyunçuya təklif göndərib.

Xatırladaq ki, Marselo “Fluminense”nin baş məşqçisi Manu Menezeslə mübahisə edərək qalmaqala səbəb olmuşdu. Məhz bundan sonra o, qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilməsinə nail olmuş və “Fluminense”dən azad agent kimi ayrılmışdı.

Bənzər xəbərlər