featured-image-46699

“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal yayda klubunu dəyişəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, fransalı futbolçu mövsümün sonunda “M.Y”nu tərk edəcək. Artıq bununla bağlı qərar qəbul olunub.

Forvard yaxın vaxtlarda təklifləri dəyərləndirəcək və gələcək karyerasını hansı komandada davam etdirəcəyini müəyyənləşdirəcək. Hazırda isə o, zədəsini sağaldır.

Marsyal 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun müqaviləsi 2024-cü ilin iyununa kimidir.

 

 

Bənzər xəbərlər