featured-image-24275

Argentina millisinin qapıçısı Emiliano Martines mundialın finalından sonra əlcəklə etdiyi jestdən danışıb.

Msport.az xəbər verir ki, “Aston Villa”nın futbolçusu bu hərəkəti ilə indi qürur duymadığını deyib:

“Əlbəttə, bununla fəxr etmirəm. Biz sadəcə mərcə durmuşduq. Mənə “ilin ən yaxşı qapıçısı” mükafatı veriləndə komanda yoldaşlarım dedi ki, “niyə Amerika kubokundakı jesti etməyəsən”?
Bu, mənim komanda yoldaşlarımın günahıdır.

“The Best” tamam fərqli tədbiridir. Orda hamı rəsmi geyimdə, kostyumda olur.

Meydanda adrenalinə görə çox şeyə qadirsən. “The Best”də isə mənim bir məqsədim var idi, ağlamayım”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər