featured-image-30860

Meyson Maunt böyük ehtimalla “Mançester Yunayted”ə keçəcək. Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi ilə müqavilənin şərtlərini razılaşdırıb.

Futbolçunun “Çelsi” ilə anlaşması 2024-cü ilə kimi nəzərdə tutulsa da, o, London klubunu tərk etmək istəyir. “Zadəganlar” ona görə yetərincə yüksək məbləğ əldə etmək marağındadırlar.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq əmindir ki, klub Mauntla müqavilə bağlayacaq. 24 yaşlı oyunçu ilə “Arsenal” və “Liverpul” da maraqlanır.

Maunt 2022-2023 mövsümündə İngiltərə Premyer Liqasında 24 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər