featured-image-65277

Əfsanəvi basketbolçu Maykl Cordanın forması satılıb.

Msport.az xəbər verir ki, amerikalı sabiq basketbolçunun 1992-93 mövsümündə geyindiyi və üçüncü dəfə NBA çempionu olduğu forma 2 milyon 623 min dollara öz sahibini tapıb.

Onun 1992-ci il noyabrın 6-dan 1993-cü il martın 24-nə qədər 17 oyunda geyindiyi forma “Sports Illustrated” jurnalının üz qabığında yerləşdirilib.

Qeyd edək ki, Maykl Cordanın 1998-ci ildə NBA finallarında geyindiyi forma 2022-ci ilin sentyabrında 10 milyon dollara satılıb.

Bənzər xəbərlər