Mbappe ardıcıl ikinci dəfə ən yaxşı seçildi
“Real”ın hücumçusu Kilian Mbappe oktyabr ayında La Liqanın ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, fransız futbolçu ardıcıl ikinci dəfə sorğuda qalib olub.
O, sentyabrda da La Liqanın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.Mbappe “Real”ın oktyabrda keçirdiyi hər üç çempionat matçında – “Barselona”, “Xetafe” və “Villarreal”la görüşlərdə qol vurub. Bununla da o, komandasının liderliyini qorumasında böyük pay sahibi olub.
Qeyd edək ki, Mbappe sentyabrda La Liqada meydana çıxdığı 4 matçın hamısında fərqlənməyi bacarmışdı. Fransız forvard hazırda 11 qolla La Liqanın bombardiridir. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır.







