Mbappe beş illik müqavilə imzalayacaq
İspaniyanın “Real” klubu Fransa millisinin futbolçusu Kilian Mbappe ilə 5 illik müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Hücumçu yayda PSJ-dən ayrılacaq və Madrid klubu ilə sözləşmə bağlayacaq.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.







