Mbappe bu yay “Real”a keçə bilər
Kilian Mbappe yaxın vaxtrlarda “Real”a keçəcək. Msport.az xəbər verir ki, bu barədə “PSG Community” məlumat yayıb.
Paris klubunun sahibi Tamim bin Hamad Əl Tani Madrid təmsilçisinin prezidenti Florentino Pereslə danışıqlardan sonra futbolçunu satmağa razılıq verib.
Transferin ümumi məbləği 250 milyon avro olacaq. Bu məbləğdən 200 milyonu həmin an ödəniləcək. 50 milyon isə bonus kimi nəzərdə tutulub. Şərtlərdən biri də Mbappenin “Qızıl top”u alması ilə bağlıdır.
24 yaşlı forvard ötən mövsüm Liqa-1-də 34 oyunda 29 qol vurub və 5 məhsuldar ötürmə verib.
ANAR







