featured-image-29832

PSJ-nin hücumçusu Kilyan Mbappe Liqa 1-də “Ayaçço” ilə qarşılaşmada (5:0) dubl edib.

Msport.az xəbər verir ki, Mbappe Liqa 1-dəki qollarının sayını 26-ya çatdırıb. 24 yaşlı forvard ikinci dünya müharibəsindən sonra Liqa 1-də dörd mövsümdə ən azı 25 qol vuran ikinci fransız olub.

Mbappedən əvvəl bunu Tade Sizovski etmişdi. O, 1955/56, 1956/57, 1958/59 və 1959/60 mövsümlərinin hər birində 25 qol səddini keçməyi bacarmışdı.

Royal Türksoy

Bənzər xəbərlər